Slovakiya prezidenti ABŞ-la hərbi sazişin imzalanmasını dəstəkləyib

2022/01/DCA-i-1642742684.jpg
Oxunub: 726     16:28     21 Yanvar 2022    
Slovakiya prezidenti Zuzana Çaputova ötən həftə hökumət tərəfindən təsdiq edilmiş ABŞ ilə hərbi əməkdaşlıq haqqında sazişin imzalanmasını dəstəkləyir.

Ordu.az xəbər verir ki, Slovakiya prezidenti ABŞ-la hərbi əməkdaşlıq haqqında sazişin imzalanmasının tərəfdarıdır, bunu konstitusiya məsələləri üzrə ixtisaslaşmış hüquqşünaslarla birlikdə nəzərdən keçirib və bu sazişdə ölkənin əsas qanunu ilə heç bir ziddiyyət tapmayıb.

Bununla bağlı o, bəzi siyasətçilərin onu Konstitusiya Məhkəməsinə müraciət etmək çağırışına müsbət yanaşmayıb.

Bratislava və Vaşinqton arasında ikitərəfli razılaşma Amerika tərəfinə respublikanın şərqindəki Malaçki-Kuxinya və onun mərkəzi hissəsindəki Sliak hərbi aerodromlarından, həmçinin Müdafiə Nazirliyinin digər bazalarından pulsuz istifadə etmək imkanı verməlidir.

Müqavilə sonradan uzadılma və ya imtina imkanı ilə 10 il müddətində qüvvədə olmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakia   ABŞ  


Bizi "telegram"da izləyin