Ordu.az xəbər verir ki, bunu öz məqaləsində “California Courier” qəzetinin naşiri və redaktoru Harut Sasunyan yazıb.
Sasunyanın sözlərinə görə, Qoldberq Rusiya və onun hərbi alyansı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan da daxil digər üzvlərinin bu ayın əvvəlində Qazaxıstana “sülhməramlı” missiyası ilə qoşun göndərməsindən narazılığını ifadə edib.
“Qoldberq məqaləsində Ermənistanı tənqid edib: “KTMT üzvlərinin heç biri - Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan demokratik ölkə deyil”. Qoldberqin 2018-ci ildə Baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra demokratiyanın qalası elan edilən Ermənistanla bağlı alçaldıcı təsviri ermənilər üçün xoşagəlməz olub. Təəssüf ki, əsasən ABŞ hökuməti tərəfindən maliyyələşdirilən, Vaşinqtonda yerləşən “Freedom House” analitik qurumu sübut edir ki, Qoldberq Ermənistanı tənqid edərkən yanılmayıb”, - deyə Sasunyan bildirib.
O qeyd edib ki, Paşinyan böyük ölçüdə qiymətləndirilmiş demokratik idarəetmə “kozır”ını itirir.
Alpər Mövludoğlu
Ordu.az