ABŞ Yaponiyanın F-15 döyüş təyyarələrini modernləşdirəcək

2022/01/dsfse-1642403541.jpg
Oxunub: 771     16:32     17 Yanvar 2022    
Yaponiya istehsal edəcəyi döyüş təyyarəsindən istifadə edənə qədər F-15J qırıcılarından istifadə edəcək.

Ordu.az xəbər verir ki, Birləşmiş Ştatların Müdafiə Nazirliyinin verdiyi məlumata görə, “Boeing” şirkəti Yaponiya Hava ÖzünüMüdafiə Qüvvələri tərkibində F-15J təyyarələrini modernləşdirəcək.

Modernləşdirilmə prosesində proqramı dəstəkləmək üçün müqavilə artıq imzalanıb. 471 milyon dollar olan müqaviləyə Yaponiyaya tam xarici hərbi satış daxildir.

“Boeing” şirkəti ilə imzalanmış müqaviləyə təyyarəyə inteqrasiya olunmuş sistemlərin dizaynı və inkişafı daxildir. Bu dizayn və inkişafa Yaponiyanın F-15MJ-nin modernləşdirilməsi, təyyarənin 4 silah simulyatorunun hazırlanması, sınaqdan keçirilməsi və çatdırılması, zəruri ehtiyat hissələrinin və digər alt sistemlərin təchizatı daxildir.

JSI layihəsinə Yaponiyanın hava məkanının təhlükəsizliyində fəal şəkildə istifadə edilən F-15J/DJ təyyarələrinin modernləşdirilməsi və 2030-cu illərə qədər olan prosesdə istifadə edilməsi daxildir.

Bu müddət ərzində təkmilləşdirilmiş F-15J-lər 2030-cu illərin ortalarına qədər JASDF-nin F-2 döyüş təyyarəsi Yaponiyanın yeni nəsil F-X ilə əvəzlənəcəyi vaxta qədər Yaponiyanın hava döyüş qabiliyyətini artırmaq üçün istifadə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin