Somalinin paytaxtında güclü partlayış olub, hökumət rəsmisi yaralanıb

2021/03/7287d-1617009760.jpg
Oxunub: 753     13:33     16 Yanvar 2022    
Somalinin paytaxtı Moqadişoda törədilən güclü partlayış nəticəsində baş nazirin mətbuat katibi yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Somalinin "Garowe" portalı məlumat yayıb.

Mətbuat katibinin olduğu avtomobilə kamikadze hücum edib. Partlayış prezident sarayının yaxınlığındakı avtomobillərin hərəkət zolağında baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Partlayış  


Bizi "telegram"da izləyin