Qazaxıstanda iğtişaşlar zamanı 225 nəfər ölüb

2022/01/F6A4B-1642262984.jpg
Oxunub: 756     20:07     15 Yanvar 2022    
Qazaxıstanda iğtişaşlarda 225 nəfər ölüb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Baş Prokurorluğu məlumat yayıb.

Ölənlərin 175 nəfəri tibb müəssisələrində dünyasını dəyişib. Onlar arasında 19 polis və hərbçi var.

Məlumatda, həmçinin 4 578 insanın yaralandığı deyilir.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   İğtişaş  


Bizi "telegram"da izləyin