"Əsas təhlükəsizlik problemləri daha da dərinləşir" - Abrahamyan

2021/10/26256-1633941465.jpg
Oxunub: 791     15:54     15 Yanvar 2022    
"Həyatı irəli aparmaqla və bunların populist həllərini irəli sürməklə prioritet hesab edilən bütün problemləri bağlamağa çalışırlar və əsas təhlükəsizlik məsələləri nəinki həll olunmamış olaraq qalır, əksinə daha dərin xarakter alır".

Ordu.az xəbər verir ki, bunu "Facebook" səhifəsində Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abrahamyan yazıb.

Onun sözlərinə görə, prioritetləri və hərəkətləri erməni xalqının həyati maraqlarına zidd olan şəxslər hakimiyətdə olduğu müddətcə, sərhəd insidentləri davam edəcək.

"Hətta bu cür çətin anlarda belə, 2-3 təhlükəsizlik istiqamətində köklü dəyişikliklərin edilməsi məsələsinin qaçılmaz olduğu görünəndə hakimiyyət məqsədi ciddi problemləri həll etmək yox, "insanları kor etmək və ağızlarını bağlamaq" olan populizm yolu ilə gedir. Həyatı irəli aparmaqla və bunların populist həllərini irəli sürməklə prioritet hesab edilən bütün problemləri bağlamağa çalışırlar və əsas təhlükəsizlik məsələləri nəinki həll olunmamış olaraq qalır, əksinə daha dərin xarakter alır", - deyə Abrahamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təhlükəsizlik  


Bizi "telegram"da izləyin