Erməni iş adamları azərbaycanlılara 130 dollardan 260 dollara qədər gömrük rüsumu ödəyirlər

2021/10/timth-1634726003.jpg
Oxunub: 5026     16:49     15 Yanvar 2022    
“Dekabrın 19-da Urud keçid məntəqəsində plastik əşyaların daşınmasını həyata keçirmək üçün azərbaycanlılara 130 dollar gömrük rusumu ödəmişəm”.

Ordu.az xəbər verir ki, bunu İrandan Ermənistana yük daşımaları həyata keçirən sürücü Əli Sahbəri deyib.

Onun sözlərinə görə, İrəvana çatdıqdan sonra azərbaycanlılara ödənilən 130 dollar idxal olunan yükün erməni müştərisi tərəfindən ödənilib.

Ermənistanın “News.am” nəşri yazıb ki, bu dəfə erməni müştəri artıq iranlı sürücüyə alternativ marşrut seçməyi təklif edərək kompensasiya verməkdən imtina edib.

Nəşr qeyd edib ki, 130 dollar azərbaycanlıların tələb etdiyi minimum gömrük rüsumudur və məhsulun növündən asılı olaraq dəyişə bilər.

“Məsələn, azərbaycanlılar yanacağın daşınmasına görə hətta sürücülər Ermənistandan İrana boş yük maşını ilə qayıdanda belə 260 dollar gömrük rusumu alırlar. Erməni idxalçılar Azərbaycan rüsumunu dövlətdən heç bir kompensasiya almadan öz ciblərindən ödəyirlər”. - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gömrük  


Bizi "telegram"da izləyin