“Bu, növbəti və son kapitulyasiyaya səbəb ola bilər” - Şarmazanov

2021/09/bb497-1632220291.jpg
Oxunub: 1110     16:23     15 Yanvar 2022    
“Bu vəziyyətdə Türkiyə ilə danışıqlar intihara bənzərdir”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov yazıb.

Onun sözlərinə görə, aylar əvvəl kapitulyasiya rejiminin rəhbəri qonşu Gürcüstan vasitəsilə türklərdən görüş dilənirdi.

“Daha sonra Türkiyədən müsbət siqnallar aldığını qeyd etdi. Bu, Türkiyə “Bayraktar”larının cəmi 1 il əvvəl minlərlə erməninin ölməsinə səbəb olması halında baş verir”, - deyə Şarmazanov qeyd edib.

Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi vurğualyıb ki, bu gün də rəsmi Ankara bütün vasitələrlə Azərbaycanı dəstəkləyir.

“Ermənistan “hakimiyyət”i öz növbəsində Qarabağdan “əlini çəkib”, Şuşa və Hadrutdan imtina edir və tələb mübarizəsini unudub. Belə bir vəziyyətdə Ermənistan-Türkiyə “danışıq”ları Ermənistanın və ermənilərin maraqlarına xidmət edə bilməz. Bu, sırf Türkiyə gündəminin bir hissəsidir, növbəti və son kapitulyasiyaya səbəb ola bilər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Şarmazanov  


Bizi "telegram"da izləyin