Rusiyanın sülhməramlılarından “atdım-unutdum” prinsipi| Səriştəsizlik kimləri narahat edir?

2021/09/rus_)-1632737466.jpg
Oxunub: 2286     14:50     15 Yanvar 2022    
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır.

“Biz tərəfləri güc tətbiqindən çəkinməyə və bütün mübahisəli məsələləri müstəsna olaraq siyasi-diplomatik vasitələrlə həll etməyə çağırırıq. Uzunmüddətli perspektivdə regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin əsas yolu Azərbaycan-Ermənistan sərhədində demarkasiya prosesinin tezliklə başlanmasıdır”, - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı ikitərəfli komissiyanın yaradılması mümkündür. Moskva adından Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirib.

“Kimsə sülhməramlılarımıza kölgə salmaq istəsə belə, bu, nəticə verməyəcək, çünki onların işi yaxşı əlaqələndirilib, açıq şəkildə böhranın həlli maraqlarına uyğundur. Amma aydınlıq üçün hesab edirəm ki, bu məsələ ilə bağlı Qarabağdakı Rusiya sülhməramlı qoşunlarının nümayəndələrinə müraciət etmək düzgün olardı. Sülhməramlılar hər iki tərəflə daim təmasdadırlar və lazım olduqda hadisələri araşdırırlar”, - deyə Zaxarova bildirib.

Zaxarova Türkiyə prezidentinin baş müşaviri İhsan Şenerin Rusiyaya qarşı ittihamlarına toxunaraq deyib. “Dövləti təmsil edən şəxslər belə bəyanatlar verməməlidir. Bu, Qazaxıstanda atmosferin yaxşılaşmasına heç bir şəkildə töhfə vermir. Qazaxıstanın sovet keçmişinə hörmətsiz reaksiya Rusiya-Türkiyə dostluğunun ruhuna ziddir. Ortaq tarixi irsimizə çox əhəmiyyət verən qazax həmkarlarımıza qarşı ədalətli deyil”.

Moskva Rusiya sülhməramlılarına kölgə salındığını bildirir, amma kimin “kölgə saldığını” demirlər. Moskva niyə Rusiya sülhməramlılarına kölgə salmağın mümkün olmayacağını düşünür? İş o yerə çatıb ki, KTMT sülhməramlıları Qazaxıstana daxil olsa da, bir neçə gündən sonra həmin ölkənin prezidenti Tokayev bəyan etdi ki, KTMT sülhməramlıları Qazaxıstanı tərk edəcəklər.

Rusiya bu gün o qədər zəifdir ki, hətta KTMT sülhməramlılarının da Qazaxıstanda qalmasına icazə verilməyib.

Həmçinin Moskva Ermənistan-Azərbaycan sərhədinin “müntəzəm olaraq gərginləşməsi”ndən “ciddi narahat olduğunu” bəyan etməkdə davam edir, lakin illərdir qeyd etmir ki, Ermənistan tərəfi təxribatçıdır, hücum edən tərəfdir, nəticədə Rusiya sülhməramlılarının səriştəsizliyi dünyaya daha aydın görünür.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   KTMT  


Bizi "telegram"da izləyin