Erməni deputatın Azərbaycan ordusu ilə bağlı açıqlaması ələ salındı

2022/01/f45gh-1641317586.jpg
Oxunub: 1388     14:34     15 Yanvar 2022    
“Maraqlıdır, bu gənc addımçı (“Mənim addımım” fraksiyasını nəzərdə tutur - red.) nə yeyir və ya çəkir ki, belə şeylər danışır?”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Qaqik Hambaryan yazıb.

O qeyd edib ki, bu axmaqlığın ünvan sahibləri məlumdur, onlar nikolçulardır.

“Lakin onları axmaq yerinə qoymuş Nikola və onun xidmətçilərinə daha böyük absurd müqayisə aparmağı təklif edərəm...Məsələn, ordumuzu Amerika, Rusiya və ya heç olmasa Şimali Koreya orduları ilə müqayisə etmək... Bununla belə, kapitulyanta ibadət edən kütlə inanacaq”, - deyə Hambaryan bildirib.

Qeyd edək ki, ötən gün “Vətəndaş müqaviləsi” partiyasının deputatı Arman Yeğoyan jurnalistlərlə görüşü zamanı gülünc doğuran açıqlama verib. O iddia edib ki, hazırda Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusu ilə eyni səviyyədədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin