Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Varujan Geğamyan bildirib.
Onun sözlərinə görə, iki ölkənin xüsusi nümayəndələri Moskvada görüşüblər və təxminən 1,5 saat ilkin şərtləri olmadan gündəmi müzakirə etməyə başlayıblar.
“Təkcə xatırlamaq kifayətdir ki, tərəflər arasında bu erməni-türk dialoqu bərabərlik prinsipi əsasında baş vermir, bu əslində məğlub olmuş hakimiyyət tərəfindən Türkiyə tərəfinin məcburiyyəti ilə səssiz razılaşmanın nəticəsidir”, - deyə erməni türkşünas vurğulayıb.
Geğamyan bildirib ki, Türkiyənin Ermənistanla münasibətlər məsələsini Azərbaycanla birgə koordinasiya etdiyini mütəmadi olaraq qeyd etməsi də bundan xəbər verir.
Alpər Mövludoğlu
Ordu.az