Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Qeyd olunub ki, 2022-ci ildə sərhəd gərginliyi və insidentlər az olmayacaq.
“Buna görə də il yeni başlayanda vəziyyət gərginləşir. İlham Əliyev qeyd edib ki, Ermənistan onların ərazi bütövlüyünü tanımasa, onlar da Ermənistanın ərazi bütövlüyünü də tanımayacaqlar. Azərbaycan Prezidenti açıq şəkildə Zəngəzura, Göyçəyə, İrəvana və ümumiyyətlə Ermənistana qarşı tələblər təqdim edib”, - deyə müəllif bildirib.
Müəllifin sözlərinə görə, İlham Əliyev əslində yeni müharibənin mümkünlüyünü də istisna etmir və israrla qeyd edir ki, Bakı ATƏT-in Minsk qrupunun fəaliyyətini önəmsəməməyə davam edəcək.
Alpər Mövludoğlu
Ordu.az