Erməni kənd başçısı: “Çoban döyülməyib, əksinə, ona çay və gürcü arağı təklif ediblər”

2022/01/16421-1642242964.jpg
Oxunub: 2293     16:41     15 Yanvar 2022    
“Azərbaycanlıların apardığı çobanı uzaqdan başqa bir çoban görüb. Tez həmin çobanın oğlu ilə əlaqə saxlayıb deyib ki, türklər atasını aparırlar. O da bizə məlumat verib. Biz Rusiya sülhməramlılarının komandirləri, sərhəd qoşunlarımızla əlaqə saxlamışıq və dərhal hadisə yerinə, onun aparıldığı yerə gəlmişik”.

Ordu.az xəbər verir ki, bunu Gorus rayonunun Tex kəndinin başçısı Davit Qulunts deyib.

Onun sözlərinə görə, yolunu azan erməni çobanın geri qaytarılması ilə bağlı danışıqları Rusiya sülhməramlılarının komandiri aparıb və çoban 3-4 saat ərzində kəndə geri qaytarılıb.

Qulunts bildirib ki, erməni çoban döyülməyib, əksinə, ona çay və gürcü arağı təklif ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Çoban  


Bizi "telegram"da izləyin