Malayziya ABŞ-dan yüngül hücum helikopterləri alacaq

2022/01/image-1642235974.jpg
Oxunub: 1022     17:22     15 Yanvar 2022    
Malayziya Müdafiə Nazirliyi 2022-ci ilin birinci rübünün sonuna qədər Amerikanın “MD Helicopters” şirkətindən altı ədəd 530G yüngül kəşfiyyat-hücum helikopteri alacaq.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hərbi helikopter ilkin qəbuldan uğurla keçib və səkkiz malayziyalı pilot Qərbi Texasda təlimi başa vurub.

Təkmil çeviklik və atəş gücü təmin etmək üçün nəzərdə tutulmuş 530G yüngül kəşfiyyat-hücum helikopteri yüngül zirehli hədəfləri zərərsizləşdirmək üçün “Raytheon” şirkətinin 70 millimetrlik “Talon” lazerlə idarə olunan raketi ilə təchiz edilib.

Helikopter “Rolls-Royce” şirkətinin 250-C30 mühərriki ilə təchiz edilib və dəniz səviyyəsində saatda 240 kilometr (149 mil) sürətlə uçmağa imkan verir. O, həmçinin köməkçi yanacaq çəni ilə iki saat yarım işləyə bilir.

Hücum helikopterinə “Wescam L3 MX10D” sensoru və “Pathfinder Ares” Silah İdarəetmə Sisteminin inteqrasiya edildiyi də bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   ABŞ  


Bizi "telegram"da izləyin