Cənubi Koreyada ilk KF-21 milli qırıcısının (4++ nəsil) yaradılması prosesi aktiv mərhələdədir. Təyyarənin ilk uçuşu 2022-ci ilə planlaşdırılıb. İlk uçuşuna başlamazdan əvvəl döyüş sistemləri də daxil olmaqla, müxtəlif sistemlərin inteqrasiyası davam edir.
Ordu.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.
ABŞ-ın “General Dynamics” şirkəti qırıcının 20 mm-lik “Gatling” silahı ilə təchiz edilməsi barədə qərar qəbul edilib.
Silah maksimum atəş sürətini təmin edir. Dəqiqədə 6000 atış, sursat yükü isə 480 mərmi təşkil edir.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Koreya
Gatling