Ordu.az xəbər verir ki, bu barədə “Tactical Report” nəşri məlumat yayıb.
2014-cü ildə Tunis ordusunun inkişafı və modernləşdirilməsinə yönəlmiş beş illik planı nəzərdən keçirirdi. Həmin vaxt Almaniya Tunisə İŞİD-lə mübarizəyə kömək edəcək zirehli texnika almaq üçün vəsait ayırmağı planlaşdırdığını açıqlayıb. Bu barədə dəqiq rəqəm açıqlanmayıb.
2005-ci ilə qədər Tunis 84 əsas döyüş tankı (30 M-60A1 və 54 M-60A3) əldə edib. Ölkənin, həmçinin 54 köhnəlmiş SK-105 “Kuerassier” yüngül tankı və 24 “Səlahəddin” və 45 AML-90 zirehli texnikaları var. Eyni zamanda Tunis 140 ədəd M-113 A-1/2, 18 ədəd EE-11 “Urutu” və 110 ədəd F-6614 hərbi maşınlarına malikdir.
“Leopard 2A5” tankları “Leopard 2” ailəsinin ilk təkmilləşdirilmiş variantdır və 1990-cı ildə təqdim edilib. “Leopard 2A5” yeni təkmilləşdirilmiş zirehlərlə təchiz edilib.
Sevinc Əliyeva
Ordu.az