Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyinə Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Adının açıqlanmaması şərti ilə danışan şəxs əlavə təfərrüat verməyib. Radar qurğusu Kiprin cənub-şərqində, Dhekelia Qarnizonunda istifadə olunmayan yerdə tikiləcək.
“Kiçik miqyaslı infrastruktur layihəsinin məqsədi kommunikasiya infrastrukturunu modernləşdirmək və dayanıqlığımızı artırmaqdır”, - deyə mənbə bildirib.
1960-cı ildə Kipr Britaniya müstəmləkəçiliyindən müstəqillik qazansa da, Böyük Britaniya bazalarını saxlamağa davam edir.
Adada böyük aerodrom və Suriyanın Aralıq dənizi sahil zolağından təxminən 175 kilometr (109 mil) məsafədə yerləşən Ayios Nikolaosda mühüm radioelektron kəşfiyyat məntəqəsi var.
Britaniya hərbi təyyarələri Suriya və İraqda İŞİD qruplaşması ilə mübarizəyə kömək etmək üçün adadan uçuşlar həyata keçirib.
Sevinc Əliyeva
Ordu.az