Ordu.az xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Sınaq və Təlim Gəmisi Layihəsi 31 Mart 2017-ci ildə Müdafiə Sənayesi Komitəsinin (SSB) təşəbbüsü ilə həyata keçirilib. Layihənin baş podratçısı STM şirkətidir.
Layihə çərçivəsində inşa edilən “Ufuk” gəmisi Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığı və Milli Kəşfiyyat Təşkilatı tərəfindən birgə istifadə ediləcək.
Gəminin ümumi xüsusiyyətləri
Uzunluğu: 99,5 m
Eni: 14.4 m
Personal sayı: 110
Dənizdə qalma müddəti: 60 gün
Subasımı: 2250 Ton (təxminən)
Helikopter: 10 tonluq helikopter daşıya bilir
Sevinc Əliyeva
Ordu.az