“Yalman” silah qülləsi Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olur

2022/01/KMC-7-1642235452.jpg
Oxunub: 1724     14:11     15 Yanvar 2022    
Türkiyənin ROKETSAN şirkəti tərəfindən hazırlanan “Yalman” silah qülləsi ölkənin Silahlı Qüvvələrinin inventarına daxil olur.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafə Nazirliyi məlumat yayıb.

Nazilik bildirib ki, tank əleyhinə bölmələrin əlavə imkanlar qazanması üçün başladılan layihə çərçivəsində istehsal edilən sistemlərin qəbul testləri keçirilib.

ROKETSAN uzun müddət əvvəl “Cirit” lazerlə idarə olunan raket sistemini quru platformalarından atmaq üçün inkişaf etdirdiyi maşınlara, “Umtas” və “L-Umtas” tipli tank əleyhinə raketləri atmaq məqsədi ilə “Yalman” silah qülləsini inteqrasiya edib.

“Yalman” silah sistemi quru və dəniz platformalarına tətbiq oluna bilən modul quruluşa malikdir və eyni qüllədə müxtəlif sursatlardan istifadə etməyə imkan verir. Hazırda “Ulaq” insansız dəniz platformalarında istifadə edilən və sınaq məqsədi ilə “Burak” sinfinə məxsus korvetlərə inteqrasiya edilən “Yalman” “Omtas”, “Umtas”, “Cirit” və “Sungur” raketlərindən istifadə edə biləcək. Bundan əlavə, 7,62 mm-lik pulemyotun silah sisteminə inteqrasiyası üzrə işlər davam etdirilir. Yeni silah qülləsi ilə təchiz edilən maşınlar maksimum 8 “Cirit” raketi və ya 4 “Umtas” və “L-Umtas” raketi daşıya bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Yalman  


Bizi "telegram"da izləyin