Qazaxıstan milli təhlükəsizlik sistemində islahatlar keçiriləcək

2022/01/tokay-1641749082.jpg
Oxunub: 692     12:08     15 Yanvar 2022    
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin milli təhlükəsizlik sisteminin islahatı ilə bağlı konkret təkliflərin verilməsini tapşırıb.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu tapşırıq K.Tokayevin dövlət strukturlarının rəhbərləri ilə iclası zamanı verilib.

Xüsusilə Təhlükəsizlik Şurasının katibinə Xüsusi əməliyyat qüvvələrinin yaradılması ilə bağlı işlərin sürətləndirilməsi və milli təhlükəsizlik sisteminin islahalatları ilə bağlı təkliflərin verilməsi tapşırılıb.

İclas zamanı Qazaxıstanda, xüsusilə Almatıda baş vermiş hadisələrin hərtərəfli araşdırılması, həlak olan insanların dəqiq sayının müəyyənləşdirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Təhlükəsizlik  


Bizi "telegram"da izləyin