Britaniya Şimali Koreyanın raket sınaqlarından narahatdır

2022/01/e532e-1641446398.jpg
Oxunub: 663     11:10     15 Yanvar 2022    
Böyük Britaniya Şimali Koreyanın raket buraxılışından narahatdır.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Nazirlik Koreya Xalq Demokratik Respublikası (KXDR) rəsmilərini ABŞ-la dialoqa qayıtmağa çağırıb.

"KXDR-in növbəti dəfə iki qısa mənzilli ballistik raketi sınaqdan keçirməsindən dərin narahatıq. Bu sınaqlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması, regional sülh və təhlükəsizliyə təhdiddir", - bəyanatda deyilir.

Britaniya XİN Pxenyana qarşı sanksiyalar rejiminin saxlanmasının vacibliyini vurğulayıb.

Yanvarın 14-də Yaponiya Sahil Mühafizəsi KXDR-in növbəti raket sınaqları həyata keçirdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   KXDR  


Bizi "telegram"da izləyin