Rusiya XİN Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü ilə bağlı bəyanat yayıb

2021/12/9f21c-1639065525.jpg
Oxunub: 655     19:10     14 Yanvar 2022    
İki ölkənin xüsusi nümayəndələri konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşü ilə bağlı yaydığı bəyanatda bildirilib.

Bundan başqa, Rusiya XİN başçısının müavini Andrey Rudenkonun Ermənistanın və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçla ayrı-ayrılıqda görüşlər keçirdiyi də bəyanatda vurğulanıb.

“Tərəflər konstruktiv, siyasiləşməmiş şəkildə dialoq aparmağa, açıq və "kiçik addım"larla asandan çətinə doğru, praktik nəticəyə hesablanmış addımlar atmağa hazır olduqlarını bəyan ediblər. Regionda sabitlik və iqtisadi tərəqqi maraqları, iki ölkə xalqlarının rifahı naminə işləyəcək təmas nöqtəsi axtarışlarını davam etdirmək barədə razılığa gəlinib”, - Rusiya XİN-in bəyanatında vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin