Türkiyənin müdafiə naziri: “Ukrayna ətrafında yeni risklər yaranıb”

2021/08/hulus-1629963365.jpg
Oxunub: 744     17:06     14 Yanvar 2022    
Türkiyənin milli müdafiə naziri Hulusi Akar geridə qoyduğumuz ili çətin bir il kimi qiymətləndirib.

Ordu.az-ın Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Akar deyib ki, bu çətinliklərdən biri hələ də dünyada təsiri davam edən pandemiyadır.

“Digər təhdid isə çox sürətlə dəyişən təhlükəsizlik mühitidir. Əfqanıstandakı missiyamız ötən il başa çatdıqdan sonra Ukrayna ətrafında yeni risklər yaranıb”, - türkiyəli nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna  


Bizi "telegram"da izləyin