XİN: Türkiyə-Ermənistan danışıqlarının davam etdirilməsi barədə razılıq əldə olunub

2021/10/55666-1634550070.jpg
Oxunub: 540     16:22     14 Yanvar 2022    
“Tərəflər müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə və Ermənistanın münasibətləri normallaşdırma üzrə xüsusi nümayəndələrinin ilk görüşü ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb.

“Xüsusi nümayəndələr pozitiv və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesinə yönəlik fikir mübadiləsi aparıblar. İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”, - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin