Səfir: "Türkiyə və Azərbaycan bütün sahələrdə bir-birinin yanındadır"

2021/09/23png-1631771480.jpg
Oxunub: 365     15:10     14 Yanvar 2022    
“Biz bütün sahələrdə, o cümlədən beynəlxalq platformalarda daim bir-birimizin yanındayıq".

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə Xarici İşlər Nazirliyində təşkil olunan fotosərgidə söyləyib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasında əlaqələrin zirvəsi olub: "Münasibətlərimizin inkişafı getdikcə dərinləşməkdədir. Biz birlikdə bir çox layihələrə imza atmışıq və bunu davam etdirəcəyik”.

"Çanaqqala döyüşündə azərbaycanlı qardaşlarımız bizə kömək edib, fədakarlıq göstəriblər. Nuru Paşa da Azərbaycanın çətin anlarında qardaşlarımızın köməyinə gəlib. Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana həm mənəvi, həm də siyasi dəstəyini əsirgəmədi", - deyə səfir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Səfir: "Türkiyə və Azərbaycan bütün sahələrdə bir-birinin yanındadır"

2021/09/23png-1631771480.jpg
Oxunub: 366     15:10     14 Yanvar 2022    
“Biz bütün sahələrdə, o cümlədən beynəlxalq platformalarda daim bir-birimizin yanındayıq".

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə Xarici İşlər Nazirliyində təşkil olunan fotosərgidə söyləyib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasında əlaqələrin zirvəsi olub: "Münasibətlərimizin inkişafı getdikcə dərinləşməkdədir. Biz birlikdə bir çox layihələrə imza atmışıq və bunu davam etdirəcəyik”.

"Çanaqqala döyüşündə azərbaycanlı qardaşlarımız bizə kömək edib, fədakarlıq göstəriblər. Nuru Paşa da Azərbaycanın çətin anlarında qardaşlarımızın köməyinə gəlib. Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana həm mənəvi, həm də siyasi dəstəyini əsirgəmədi", - deyə səfir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin