"Türkiyə Türk Dövlətləri Təşkilatını KTMT və NATO kimi hərbi-siyasi ittifaqa çevirməyə çalışır"

2021/11/f7711-1636720902.jpg
Oxunub: 1891     16:03     14 Yanvar 2022    
"Faktiki olaraq görürük ki, Türkiyə KTMT-nin hərəkətlərinə reaksiya verir, yavaş-yavaş Türk Dövlətləri Təşkilatını KTMT, NATO kimi hərbi-siyasi ittifaqa çevirməyə çalışır".

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Ruben Safrastyan deyib.

Onun sözlərinə görə, strateji baxımdan Türkiyə və Rusiya rəqibdir.

"Məsələn, Ukraynada, Mərkəzi Asiyada bu, yaxşı görünür. Rusiya və Türkiyənin olduğu yerdə Türkiyə Rusiyanın hesabına öz mövqelərini gücləndirməyə qərar verir", - deyə Safrastyan bildirib.

Erməni türkşünas vurğulayıb ki, Türkiyə bəzi hallarda uğur qazanır, bəzi hallarda ruslar buna qarşı mübarizə aparırlar.

Safrastyan əlavə edib ki, bu iki ölkə təbii rəqibdir və onlar arasında münaqişə davam edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   KTMT   NATO  


"Türkiyə Türk Dövlətləri Təşkilatını KTMT və NATO kimi hərbi-siyasi ittifaqa çevirməyə çalışır"

2021/11/f7711-1636720902.jpg
Oxunub: 1892     16:03     14 Yanvar 2022    
"Faktiki olaraq görürük ki, Türkiyə KTMT-nin hərəkətlərinə reaksiya verir, yavaş-yavaş Türk Dövlətləri Təşkilatını KTMT, NATO kimi hərbi-siyasi ittifaqa çevirməyə çalışır".

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Ruben Safrastyan deyib.

Onun sözlərinə görə, strateji baxımdan Türkiyə və Rusiya rəqibdir.

"Məsələn, Ukraynada, Mərkəzi Asiyada bu, yaxşı görünür. Rusiya və Türkiyənin olduğu yerdə Türkiyə Rusiyanın hesabına öz mövqelərini gücləndirməyə qərar verir", - deyə Safrastyan bildirib.

Erməni türkşünas vurğulayıb ki, Türkiyə bəzi hallarda uğur qazanır, bəzi hallarda ruslar buna qarşı mübarizə aparırlar.

Safrastyan əlavə edib ki, bu iki ölkə təbii rəqibdir və onlar arasında münaqişə davam edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   KTMT   NATO  


Bizi "telegram"da izləyin