AFP: Ermənistan və Türkiyə arasında bağlanan sərhəddən ümid işığı

2022/01/84257-3284313370.jpg
Oxunub: 1929     17:33     14 Yanvar 2022    
Otuz ildir bağlı qalan Türkiyə qatarının Ermənistanla sərhədə qədərki son dayanacağında relslər quşlara və sahibsiz itlərə verilib. Ancaq nadir bir ümid işığı Türkiyənin şimal-şərq ucqarlarından yuxarı qalxan qarla örtülmüş dağların üzərində parlayır.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi yazıb.

Cümə günü Moskva iki ölkə nümayəndələri arasında uzun illərdən sonra ilk birbaşa təmaslara ev sahibliyi edəcək. Akyaka Ticarətçilər Dərnəyinin direktoru Engin Yıldırım bildirib ki, 1993-cü ildə sərhəd bağlanandan bəri bu bölgə ölkədə kor nöqtəyə çevrilib, hər tərəfdən bağlanıb: “Sərhəd bizim dünyaya açılan yeganə pəncərəmizdir”.

Qara bazaltdan tikilmiş Akyaka Qatar Vağzalı indi yerli sakinlər tərəfindən “nostalji stansiyası” kimi tanınır, qatarların hər iki istiqamətdə hərəkət etdiyi, mənzərəli bölgəyə turizm və ticarət gətirdiyi günləri xatırladır.

Yerli tarixçi Vedat Akçayöz xatırlayır: “1991-ci ildə insanlar görüşmək üçün sərhədin hər iki tərəfinə axışırdılar”.

Yıldırım bildirib ki, yerli sakinlər diplomatik addımları diqqətlə izləyirlər. “Hökumətimiz sərhədlərin açılmasının tərəfdarıdır və məncə, ermənilər də bu tərəfdardırlar. Bizim ermənilərlə problemimiz yoxdur, onların da bizimlə problemi yoxdur”.

Ucqar rayondakı dükançılar ermənilərin sərhədi keçərək mallarını yığıb apardıqları vaxtları xatırlayırlar. Qonşu Qars vilayətində müxtəlif pendir növləri üzrə ixtisaslaşan mağazanın sahibi Hüseyn Kanik deyir: “Sovet dövründə xəz və samovarla gəlirdilər, bizim məhsullarımızı alıb qayıdırdılar... Biz tezliklə o dövrlərə qayıdacayıq”.

Vaxtilə Çar Rusiyasının elitasının məskunlaşdığı 19-cu əsrə aid otelinin qarşısında Qaffar Dəmir də hazırkı vəziyyətin heç bir mənası olmadığını söyləyir: “Bizim yolumuz, dəmiryolumuz var, amma ermənilərlə heç bir əlaqəmiz yoxdur”.

Yerli “Qarabağ” oteli hərbi əməliyyatları xatırladır, lakin Akçayöz bölgənin multikultural əsasını göstərməyə üstünlük verir, çünki burada türklər və ermənilərlə yanaşı gürcülər, azərbaycanlılar, kürdlər və digər azlıqlar da yaşayır.

Burada çox az adam gərginliyin əsas məqamından danışmağı xoşlayır. Söhbət 1915-ci il hadisələrindən gedir. Ermənilər bunun “soyqırımı” (qondarma – red.) olduğunu deyir, Ankara bu tanımaqdan imtina edir, əvəzində Birinci Dünya Müharibəsi zamanı həm türk müsəlmanlarının, həm də xristian ermənilərin həlak olduğunu bildirir.

Qars və Akyaka arasındakı yolda ucaldılan abidə türk qurbanlarının xatirəsinə həsr olunub. Amma Ermənistan hökuməti də danışıqlarda bu hadisələrdən yan keçməyi təklif edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin