Ermənistan Əskipara, Azatamut, Güney və Əskipara sektorlarından çıxarılacaq – Düşmən təşvişlə təhlil edir

2020/05/22222-4771978239.jpg
Oxunub: 7597     16:35     14 Yanvar 2022    
2020-ci ildə mətbuatda Azərbaycanın Odundağ dağının ətəyindəki Fərəhli kəndindən Məzəm-Quşçu Ayrım kəndlərinə yeni yolun çəkilməsi ilə bağlı məlumatlar yayılıb.

“168.am”ın məlumatına görə, Azərbaycan tərəfi Coğaz su anbarına bir neçə yeni yol çəkməyə hazırlaşır.

Nəşr qeyd edir ki, təkcə cənub-qərbdə Bibiş kəndi ilə həmsərhəd olan Qızılhacılı kəndində deyil, qərbdə Coğazçay su anbarında da yol qazılıb.

“Bu kontekstdə xatırladaq ki, Azərbaycan 2016-cı ildə Odundağ yaylağına nəzarəti ələ alıb. Daha sonra “Razminfo” saytı xəritədən istifadə edərək sərhədin həmin hissəsində həqiqətən nə baş verdiyini təfərrüatlandırıb.

Beynəlxalq səviyyədə tanınmış Ermənistan-Azərbaycan sərhədi Odundağ dağının zirvəsindən keçir, lakin faktiki sərhəd (və faktiki olaraq Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti) dağın zirvəsindən yox, ermənilərin Berkaber (Bibiş) Azərbaycan Məzəm kəndlərini ayıran daha cənubdakı Coğazçay su anbarından keçir. Məzəmdən şimalda isə Azərbaycan kəndləri arasında yerləşən Quşçu Ayrım və Fərəhli kəndləri arasındakı təpə 25 ildir ki, tamamilə azərbaycanlıların nəzarətindədir və Azərbaycan mövqeləri uzun müddətdir ki, oradadır”, - deyə sayt qeyd edib.

Yeri gəlmişkən, nəşrin məlumata görə, anklavlarda olduğu ehtimal edilən yerlərdə şübhəli dirəklər peyda olub.

24 dekabr 2021-ci il tarixində onlayn mətbuat konfransı zamanı Nikol Paşinyan anklavların mövcudluğu üçün hüquqi əsas olmadığı bildirib.

Alternativ Güney-Əksipara yolu planlaşdırılırmı sualına cavab verərkən Paşinyan xəritələr mövzusuna da toxunub: “1975-ci ilin xəritəsi var, 1965-ci ilin xəritəsi var, 1929-cu ilin xəritəsi var. Biz indi bütün o xəritələri təfərrüatı ilə öyrənirik, görürük ki, Ermənistanənərazisindən kənara çıxdığımız yolların 1975-ci ilə aid olduğu xəritələr var. İndi isə ssenarilərə baxırıq, müzakirə edirik, proseslər belə getsə, nə problemimiz olacaq, bizdə olacaq, yoxsa olmayacaq? Bu problemin öhdəsindən necə gələ bilərik? Yeri gəlmişkən, 1975-ci ilin xəritəsinə görə, Berkaber kəndinin əkin sahələrinin 90%-i bu gün Azərbaycanın nəzarətindədir. Vazaşen kəndinin böyük bir hissəsi 1990-cı illərdən Azərbaycanın nəzarətindədir” - deyə Paşinyan bildirib.

O, bir qədər əvvəl bəyan etmişdi ki, Sovet Azərbaycanına bəzi məxsus ərazilər də Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır.

“Onu da əlavə edək ki, 10 noyabr üçtərəfli bəyanatının ilkin variantında ikinci bənddə Qazaxdan bəhs edilib.

“Ağdam rayonu və əraziləri, habelə Ermənistanın nəzarətində olan Qazax rayonunun əraziləri noyabrın 20-dək Azərbaycana qaytarılacaq”.

Yuxarıda qeyd olunan hissə qısa müddətdə üçtərəfli bəyanatdan çıxarıldı, lakin sonradan Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyanın açıqlamalarından əmin olduq ki, Qazaxdan ərazilərin təhvil verilməsi məhz şifahi razılaşmalara daxil olub.

Tavusda SSRİ xəritəsindən istifadə etsək, Ermənistan Əskipara yolundan daha istifadə edə bilməyəcək. Azərbaycan bütün yolu tutacaq, çünki SSRİ xəritəsinə görə, bu, onların ərazisindən keçir.

Yəni birdən-birə SSRİ xəritəsi Tavus bölgəsinə tətbiq edilsə, Ermənistan Əskipara yolunu, Azatamut (İcevan-Berd), Güney və Əskipara (İcevan -Noyemberyan) sektorlarını itirəcək.

Üstəlik, Şəmşədin və Noyemberyandan döyüş mövqelərini itirə bilər, iyul hadisələrindən məlum olan “Qorxmaz” mövqeyi isə neytral zonaya çevrilə bilər.

Qeyd edək ki, ötən il Ermənistan Memarlığının Tədqiqi Fondu jurnalistlərə bildirib ki, Coğaz su anbarının bəndin yuxarı hissəsinə qədər kənarı Ermənistan ərazisidir, lakin 70-80% Coğaz kəndindəki suvarılan torpaqlar Azərbaycanın nəzarətindədir.

“Hazırda Ermənistanın heç bir kəndi Coğaz su anbarından istifadə etmir”, - deyə Ermənistan Memarlığının Öyrənilməsi Fondunun fotoqrafı Sasun Danielyan bildirib.

Regionda gələcək müharibələr su ehtiyatları uğrunda olacaq”, - deyə nəşrin məqaləsində qeyd olunub.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Əskipara  

Ermənistan Əskipara, Azatamut, Güney və Əskipara sektorlarından çıxarılacaq – Düşmən təşvişlə təhlil edir

2020/05/22222-4771978239.jpg
Oxunub: 7598     16:35     14 Yanvar 2022    

Bizi "telegram"da izləyin