Moskvanın Ermənistan-Türkiyə dialoqunda heç bir rolu yoxdur – Türkiyənin ilk 4 şərti

2021/12/10517-1640340524.jpg
Oxunub: 3659     15:00     14 Yanvar 2022    
Bu gün Moskvada Ermənistan və Türkiyə nümayəndələrinin ilk görüşü baş tutub. İrəvan və Ankara dekabr ayında xüsusi nümayəndələr təyin edib. Türkiyəni təcrübəli diplomat, ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistanı ölkənin vitse-spikeri Ruben Rubinyan təmsil edir. Tərəflər münasibətlərin normallaşması üçün konkret addımlar atmağa hazır olduqlarını bəyan ediblər.

Erməni tərəfi danışıqların ilkin şərtsiz olduğunu açıq şəkildə bəyan edib, lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni tərəfinə bəzi ilkin şərtlər təqdim edib. Hələ avqust ayında Türkiyə prezidenti qeyd etmişdi ki, Ankara İrəvanla mehriban qonşuluq və bir-birinin ərazi bütövlüyünün tanınması əsasında münasibətləri normallaşdırmağa hazırdır.

O bildirib ki, müasir tarix düşmənçilik mənbəyi olmamalıdır, davamlı sülh və birgəyaşayış üçün konstruktiv addımlar atılmalıdır.

“Əgər İrəvan bu istiqamətdə irəliləməyə hazır olsa, Ankara Ermənistanla münasibətlərin tədricən normallaşması istiqamətində işə başlaya bilər. Sabitliyə nail olmaq, sülhü daimi etmək, iqtisadi inkişaf, regional əməkdaşlıq üçün şərait yaratmaq vaxtıdır”, - deyə o qeyd edib.

Türkiyə prezidenti Azərbaycanın da belə bir mövqeyi olduğunu vurğulayıb və bildirib ki, Bakı hərtərəfli sülh sazişi üçün Ermənistanla danışıqlara başlamağı təklif edib. “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda razılaşdırıldığı kimi, bütün regionun açılması Cənubi Qafqazı dəyişəcək yeni imkanlar yaradacaq. Biz bu tarixi fürsətdən səmərəli istifadə etmək istəyən bütün tərəflərlə işləməyə hazırıq”. Çox güman ki, erməni tərəfi bu paketlə irəliləməyə razılaşıb, çünki Ərdoğan yalnız bunu qəbul etdikdən sonra Ankaranın işə başlayacağını vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin keçmiş sədr müavini Həsən Qorxmazcan da öz növbəsində bildirib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmalıdır. Hazırda Tələt Paşa Birliyinin sədri olan Həsən Qorxmazcan Türkiyənin Ermənistanla münasibətlərini İrəvanın yalnız 4 ilkin şərti yerinə yetirməsi ilə normallaşdırmalı olduğunu vurğulayıb.

1. Ermənistan 10 noyabr 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşmaları dərhal həyata keçirilməlidir.

2. Ermənistan Türkiyənin ərazi bütövlüyünə hörmət etməlidir

3. Ermənistan qondarma “soyqırımı” iddialarından imtina etməlidir.

4. Türkiyəyə qarşı düşmənçiliyə son qoymalı, Şirak bölgəsində türk millətini aşağılayan heykəli (Soqomon Tehleryanın heykəli – red.) sökməlidir.

Rusiyalı politoloq Stanislav Tarasov bildirib ki, Türkiyə heç bir ilkin şərtdən imtina etməyib, Ermənistan tərəfi isə tarixi şərt də daxil olmaqla, bütün mövqelərindən əl çəkib.

Onun sözlərinə görə, ilkin şərtlərlə bağlı konkret fikir ayrılığı yoxdur, tərəflər hətta Moskvanın birbaşa müdaxiləsi olmadan da münasibətləri normallaşdırmağa çalışır.

Tarasovun sözlərinə görə, Moskvanın Ermənistan-Türkiyə dialoqunda heç bir rolu yoxdur, o, Rusiyanın nəzarətindən çıxıb.

“İlk görüşdən böyük gözləntilər olmamalıdır, çünki danışıqlar prosesinin ssenariləri ümumən bəllidir. Ancaq bildirməliyəm ki, bölgədə gündən-günə dəyişikliklər baş verir, o cümlədən Türkiyədə dəyişikliklər baş verir. Göründüyü kimi, Türkiyə üçün Orta Asiyada, ölkə daxilində və digər bölgələrdə vəziyyət dəyişib və Rusiyanın da öz növbəsində çətinlikləri var. Beləliklə, görüşlər başlayacaq və tərəflər diplomatik münasibətlərin qurulmasına, daha sonra sərhədlərin açılmasına hazırlaşacaqlar, lakin başqa proseslərin baş verməsi də mümkündür”, - deyə analitik bildirib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Ermənistan   Moskva  

Moskvanın Ermənistan-Türkiyə dialoqunda heç bir rolu yoxdur – Türkiyənin ilk 4 şərti

2021/12/10517-1640340524.jpg
Oxunub: 3660     15:00     14 Yanvar 2022    

Bizi "telegram"da izləyin