Türkiyə və Ermənistan arasında ikinci görüş daha maraqlı olacaq – TƏHLİL

2022/01/55556-1641449427.jpg
Oxunub: 4305     15:34     14 Yanvar 2022    
Bu gün Moskvada Ermənistan-Türkiyə arasında nizamlanma prosesi üzrə xüsusi nümayəndələrin ilk görüşü baş tutub.

Türkiyəni ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistanı ölkənin vitse-spikeru Ruben Rubinyan təmsil edir. İlk görüşdən nə gözləmək olar?

İkinci görüşü gözləməliyik. Yəni, birinci görüşdən çox keçmədən ikinci görüş baş tutsa, xüsusən də görüşün kifayət qədər mürəkkəb geosiyasi şəraitdə keçdiyini nəzərə alsaq, bunu birinci görüşün müsbət nəticəsi hesab etmək olar.

İlk Ermənistan-Türkiyə görüşü ərəfəsində Rusiya-Türkiyə-ABŞ münasibətlərində vəziyyət kifayət qədər ziddiyyətlidir, bu da şübhəsiz ki, Ermənistan-Türkiyə prosesinə öz təsirini göstərəcək. Buna görə də, ilk görüşdən sonra davam etmək artıq müsbət təəssürat yarada bilər. Xüsusilə yuxarıda təsvir edilən mürəkkəb mühit şəraitində və ya ümumilikdə Ermənistan və Türkiyə üçün kifayət qədər substantiv olan müxtəlif yanaşma və mövqelər, mürəkkəb tarixi və siyasi problemlər kontekstində başqa heç nə gözləməyə dəyməz.

Hər halda Ermənistan üçün Ermənistan-Türkiyə birbaşa kommunikasiya mühitinin inkişafı və birbaşa kommunikasiya mexanizminin yaradılması ən azı daha geniş xarici siyasət və ya təhlükəsizlik siyasəti oyununun mümkünlüyü baxımından realdır. Eyni zamanda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində tərəflərin mövqeyinin möhkəm olması həm də ABŞ və Rusiya ilə işin səmərəliliyindən asılıdır. Çünki, ABŞ və Rusiyanın yekun qərarları həlledici olacaq. Maraqlıdır ki, ilk Ermənistan-Türkiyə görüşü ABŞ-Rusiya danışıqlarından dərhal sonra təyin edilib.

Bu danışıqlar nisbətən güzəştsiz vəziyyət və təsir dairələri uğrunda sərt mübarizədir. Digər tərəfdən, əslində Ermənistan-Türkiyə məsələsi fonunda ABŞ-Rusiya müzakirələrinin Qafqazla bağlı konteksti hələ də qaranlıqdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Türkiyə  

Türkiyə və Ermənistan arasında ikinci görüş daha maraqlı olacaq – TƏHLİL

2022/01/55556-1641449427.jpg
Oxunub: 4306     15:34     14 Yanvar 2022    

Bizi "telegram"da izləyin