“Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşməsi Moskva üçün qəbuledilməzdir” - Trofimçuk

2022/01/27144-1642156453.jpg
Oxunub: 1171     16:35     14 Yanvar 2022    
“2020-ci il noyabrın 10-da mən bir sıra müsahibələrimdə demişdim ki, müharibənin tam dayandırılmasını gözləmək lazım deyil. Bu müharibə uzun müddət davam edəcək, müxtəlif yollarla davam edəcək: top atəşi, təxribat və s.”.

Ordu.az xəbər verir ki, bunu regional təhlükəsizlik üzrə rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

O qeyd edib ki, itkilərin siyahısının mütəmadi olaraq yenilənməsinin səbəbləri hamıya məlumdur.

“Ona görə də prinsipcə, optimizm üçün heç bir əsas yoxdur. Təəssüf ki, yalnız yeni müharibə daha aydın düzəlişlər edə bilər. Rusiyanın regionda tarixi təsirini zəiflətdiyini nəzərə alsaq, Qarabağ ətrafında baş verənlər ən azı yüz ilin problemidir. Biz bunu qəbul etməliyik, tarix geriyə gedir. Moskvanı günahlandırırlar ki, guya Rusiya və ya KTMT müttəfiq Ermənistanı müdafiə etmək istəmir, bunu kənara qoymaq lazımdır. Hər şey bir çox ermənilər, o cümlədən Rusiya Federasiyasına müsbət münasibət bəsləyənlər üçün göründüyü qədər sadə deyil.

Vurğulamaq lazımdır ki, bu çaxnaşma fonunda Azərbaycan, təbii ki, öz strateji hədəflərini - mövcud taktiki problemləri həll etməyə çalışacaq. Rusiya onun üçün ambisiya irəli sürə bilməz, çünki bu, Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşməsinə gətirib çıxara bilər ki, bu da Moskva üçün prinsipcə qəbuledilməzdir. Bakının proqramında Qarabağla bağlı məsələ birinci yerdə durub, onlar yalnız əlverişli vaxt gözləyirlər”, - deyə rusiyalı politoloq bildirib.

O qeyd edib ki, KTMT-nin Ermənistana yardımından danışarkən nədənsə hamı yalnız hipotetik dəstəkli Ermənistan-Azərbaycan müharibəsi epizodunu nəzərdə tutur.

“Halbuki 2018-ci ilin yazında, Paşinyan ölkədə hakimiyyətə gələndə KTMT indiki Qazaxıstanda olduğu kimi, Serj Sarkisyana çox yaxşı kömək edə bilərdi. Lakin Paşinyanın tərəfdarları ölkənin bütün infrastrukturunu iflic vəziyyətinə saldı və ona dövlət başçısı olmağa imkan verildi, nəticədə KTMT Ermənistana kontingent göndərmədi. Beləliklə, Paşinyan özü də başa düşür ki, borclar ödənilməlidir. Onun 2018-ci ildə hakimiyyətə gəlməsinin qarşısı alınmadığı üçün 2022-ci ildə KTMT-dən kömək tələb etməyə haqqı yoxdur. Balans tam qorunub, Paşinyanın inciməyə heç bir əsası yoxdur.

Yeri gəlmişkən, prezident Tokayevin KTMT kontingentinin yeridilməsi ilə bağlı müraciətindən sonra ilk saatlarda bu hərbi alyansa rəsmi olaraq məhz Paşinyan rəhbərlik edib. 2018-ci ildə KTMT-nin baş katibi Xaçaturovun həbsini nəzərə alsaq, bu qurumun işini altı aya yaxın iflic vəziyyətinə salan Paşinyan bundan artığını xəyal edə bilməzdi. Qazaxıstanda üsyanı yatıran liberal “məxməri inqilab”ın lideri absurdluğun unikal nümunəsidir”, - deyə Trofimçuk bildirib.

O vurğulayıb ki, KTMT həmişə Ermənistanla yaxşı rəftar edib, amma Ermənistan rəhbərliyi KTMT-yə həmişə yaxşı münasibət göstərməyib.

“Lakin KTMT Qazaxıstanda olduğu kimi Ermənistanın əsas şəhərlərinə daxil olmadı, Paşinyan buna ancaq sevinməlidir. Qarabağa gəlincə, bütün problemlər hələ qabaqdadır. Qarabağ SSRİ-ni dağıdan problemə çevrildi. Postsovet məkanının sonrakı dağılmasında da eyni problemin yaşanacağı istisna edilmir”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Rusiya  

“Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşməsi Moskva üçün qəbuledilməzdir” - Trofimçuk

2022/01/27144-1642156453.jpg
Oxunub: 1172     16:35     14 Yanvar 2022    

Bizi "telegram"da izləyin