Erməni ictimai xadim: “Paşinyan Silahlı qüvvələrin ləğv edilməsi “akt”ını təsdiqlədi”

2022/01/timth-1642155152.jpg
Oxunub: 1006     12:52     15 Yanvar 2022    
“İlham Əliyev növbəti dəfə “sülh dövrü”nə tələsən nikolidlərə yumruq göstərdi”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni ictimai xadim Lilit Poğosyan yazıb.

Poğosyan Azərbaycan Prezidentinin sözlərini sitat gətirib: “Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.

Erməni ictimai xadim qeyd edib ki, Ermənistanın kapitulyant rəhbərliyi baş kapitulyantın başçılığı altında ölkənin müdafiəsinin onun öz müdafisizliyində olduğunu çoxdan başa düşüb.

“Məhz buna görə də o, hakimiyyətin ələ keçirildiyi ilk gündən tələsik ordunu məhv edir, dağıdırdı, 44 günlük planlı məğlubiyyət müharibəsi ilə Ermənistan silahlı qüvvələrinin ləğv edilməsi “akt”ını təsdiqlədi, indi də əlindən gələni edir ki, müdafiə sistemimiz “səhvən” özünə gəlməsin və “minimum təhlükə təqdim etməsin””, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin