“Joğovurd”: Müharibə vəziyyətində olan bir ölkənin BQ rəisi təqsirləndirilən şəxsdir

2021/11/61974-1637318146.jpg
Oxunub: 736     10:34     15 Yanvar 2022    
Faktiki olaraq müharibə vəziyyətində olan Ermənistanda Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan ona qarşı ittiham irəli sürüldüyü halda vəzifədə qalmağa davam edir.

xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, Davtyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 3-cü hissəsi ilə ittiham irəli sürülüb.

Nəşr bildirib ki, bu maddə ilə əmlakı müsadirə olunmaqla və ya müsadirə olunmadan 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Müəllif yazıb ki, Ermənistan Baş Qərargah rəisi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunmasına baxmayaraq, vəzifədə qalmağa davam edir.

“Əlavə edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında olan keçmiş müdafiə naziri Davit Tonoyan, həbsdə olan Silahlı Qüvvələrin keçmiş aviasiya rəisi Avetik İşxanyan, həbsdə olan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, imzaçəkmə ilə sərbəst buraxılan şəxslər - Müdafiə Nazirliyinin Aviasiya İdarəsinin Texniki Əmlak Xidmətinin rəisi Artyom Hambaryan və Aviasiya İdarəsinin baş mühəndisi Vladimir Babayana qarşı eyni iş üzrə ittiham irəli sürülüb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BQ-rəisi  


Bizi "telegram"da izləyin