Fərid Şəfiyev: “Sərhəddə yeni təxribatların törədiləcəyi istisna deyil”

2020/05/ed06f-1590132342.jpg
Oxunub: 762     13:32     14 Yanvar 2022    
“Qazaxıstan hadisələrindən sonra, Ermənistan çalışır ki, geosiyasi vəziyyətdən, sərhəddə olan hadisələrdən nəsə əldə etsin".

Ordu.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələrinin orada yerləşdirilməsi ilə bağlı məsələ çox aşağı səviyyədədir. Ermənistan Müdafiə Nazirliyində bəzi şəxslər var ki, vəziyyəti gərginləşdirmək istəyirlər. İnanmıram ki, bu təxribata Nikol Paşinyan razılıq verib. Ola bilsin ki, biz sərhəddə digər belə təxribatları da görə biləyəcəyik”, - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Srəhəd   Erməni-təxribatı  


Bizi "telegram"da izləyin