Bakıda qumbara, patron və avtomat darağı tapılıb

2022/01/d5161-1642149299.jpg
Oxunub: 371     12:27     14 Yanvar 2022    
Bakıda qumbara, patron və avtomat darağı tapılıb.

Ordu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Xəzər rayonu, Şüvəlan qəsəbəsində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

İlk növbədə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd RQO əl qumbarası, 1 ədəd UZRQM-2 partladıcısı, 102 ədəd müxtəlif çaplı patron və 1 ədəd istifadəyə yararsız avtomat darağı olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: FHN   Qumbara  

Bakıda qumbara, patron və avtomat darağı tapılıb

2022/01/d5161-1642149299.jpg
Oxunub: 372     12:27     14 Yanvar 2022    

Bizi "telegram"da izləyin