Azərbaycanla Ermənistan delimitasiya ilə bağlı komissiyanın yaradılmasına şifahi razılıq verib

2020/12/4b38b-8034139150.jpg
Oxunub: 645     12:28     14 Yanvar 2022    
“Azərbaycanla Ermənistan arasında delimitasiya ilə bağlı komissiyanın yaradılması barədə şifahi şəkildə razılıq əldə olunub. Hesab edirəm ki, delimitasiya ilə bağlı sənəd imzalanmalıdır”.

Ordu.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Hesab edirəm ki, bu il sülh sazişi ilə bağlı ümumi bir sənədin imzalanmasına nail ola bilməyəcəyik. Ermənistan əhalisinin əksəriyyəti Nikol Paşinyana səs verib. Ancaq hər üç şəxsdən biri ona qarşı çıxış edir. Bunu da nəzərə almaq lazımdır. Bəzi qurumlar Ermənistanda Paşinyanın siyasətini dəstəkləmir”, - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin