Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib.
"Ermənistan və Türkiyə nümayəndələrinin Moskvada görüşü ilə bağlı xəbəri alqışlayırıq. Münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması Avropa İttifaqının tam dəstəklədiyi vacib məqsəddir”, - Aİ-nin Xüsusi Nümayəndəsi qeyd edib.
Xatırladaq ki, bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüş keçirilir.
Ordu.az