Fərid Şəfiyev: “Hədəf Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir”

2021/12/fghjf-1638463548.jpg
Oxunub: 640     12:22     14 Yanvar 2022    
“BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurasının qəbul etdiyi qərarlar, digər beynəlxalq qurumların qərar və qətnamələri Azərbaycanın maraqlarına uyğun olub. Bu qərar və qətnamələr olmasaydı, Azərbaycanın vəziyyəti daha ağır olardı”.

Ordu.az xəbər verir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də Azərbaycanın yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair media üçün açıq müzakirələr zamanı bildirib.

O qeyd edib ki, güc amilinin hansı zamanda tətbiq olunması dövlətçiliklə bağlı ustalıqdır: “İndi isə bizim məqsədimiz diplomatiya yolu ilə buna nail olmaqdır. Bizim ilk növbədə hədəfimiz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir. Prezidentin bəyan etdiyi kimi, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin