Fərid Şəfiyev: “2022-ci ildə Azərbaycanın xarici siyasəti Prezidentin açıqladığı məqamlara uyğun qurulacaq”

2021/10/Fəri-1633328778.jpg
Oxunub: 408     12:17     14 Yanvar 2022    
“Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də Azərbaycanın yerli televiziyalarına verdiyi müsahibədə yeni məqamlar var. Bunların əsasında Xarici İşlər Nazirliyi və müvafiq dövlət qurumları, düşüncə mərkəzləri də müvafiq olaraq bu istiqamətlərdə fəaliyyət göstərəcək”.

Ordu.az xəbər verir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də Azərbaycanın yerli televizyalarına verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair media üçün açıq müzakirələr zamanı bildirib.

F. Şəfiyev deyib ki, dövlət başçısı 2003-cü ildə hakimiyyətə gələrkən beynəlxalq hüquqa müəyyən dərəcədə ümidləri olduğunu söyləyib: “Söhbət ilk növbədə münaqişənin həllindən gedir. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiqlənmişdi. Ancaq Ermənistanı dəstəkləyən beynəlxalq aktorlar BMT-nin qətnmamələrini dilə gətirməməyə, Dağlıq Qarabağı Azərbaycandan ayırmağa çalışırdılar. Reallıq isə ondan idarətdir ki, hələ də güc amili hər şeyi müəyyən edir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Fərid Şəfiyev: “2022-ci ildə Azərbaycanın xarici siyasəti Prezidentin açıqladığı məqamlara uyğun qurulacaq”

2021/10/Fəri-1633328778.jpg
Oxunub: 409     12:17     14 Yanvar 2022    
“Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də Azərbaycanın yerli televiziyalarına verdiyi müsahibədə yeni məqamlar var. Bunların əsasında Xarici İşlər Nazirliyi və müvafiq dövlət qurumları, düşüncə mərkəzləri də müvafiq olaraq bu istiqamətlərdə fəaliyyət göstərəcək”.

Ordu.az xəbər verir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də Azərbaycanın yerli televizyalarına verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair media üçün açıq müzakirələr zamanı bildirib.

F. Şəfiyev deyib ki, dövlət başçısı 2003-cü ildə hakimiyyətə gələrkən beynəlxalq hüquqa müəyyən dərəcədə ümidləri olduğunu söyləyib: “Söhbət ilk növbədə münaqişənin həllindən gedir. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiqlənmişdi. Ancaq Ermənistanı dəstəkləyən beynəlxalq aktorlar BMT-nin qətnmamələrini dilə gətirməməyə, Dağlıq Qarabağı Azərbaycandan ayırmağa çalışırdılar. Reallıq isə ondan idarətdir ki, hələ də güc amili hər şeyi müəyyən edir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin