Ordu.az xəbər verir ki, bu barədə Filippin hökumətinin mətbuat xidməti məlumat yayıb.
Gəmi əleyhinə raketlərin alınması üçün 374,9 milyon ABŞ dolları ayrılıb.
Son bir neçə ay ərzində Hindistan bu raketin xarici bazarlara ixracı üçün çox səy göstərir.
Hindistanın Brahmaputra çayı və Rusiyanın Moskva çayının şərəfinə adlandırılan “Brahmos” raketi iki ölkə tərəfindən birgə hazırlanır. Səsdən 2,8 dəfə sürətli olan “Brahmos” raketi havadan, qurudan və dənizdən buraxıla bilir.
Sevinc Əliyeva
Ordu.az