Rusiya “Marker” insansız quru platformalarını təkmilləşdirib

2022/01/Russi-1642144041.jpg
Oxunub: 708     16:40     14 Yanvar 2022    
Rusiyanın “Androidnaya texnika” şirkəti “Marker” insansız quru platformalarını təkmilləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bir neçə ay davam edən təkmilləşdirmə “Marker”in digər insansız platformalarla avtonom əlaqə qura bilməsi ilə nəticələnib.

Üç tonluq insansız quru platformasını təkmilləşdirmək qərarı 2021-ci ilin fevral ayında qəbul edilib. Oktyabr ayında onun PUA əleyhinə mübarizə qabiliyyəti ilə təchiz ediləcəyi bildirib.

Rusiya Qabaqcıl Tədqiqat Layihələri Fondunun baş direktoru Andrey Qriqoriyev bildirib ki, “Marker” insansız mühafizəçi kimi fəaliyyət göstərməklə yanaşı, həm də yeni nəsil robot texnologiyaları üçün texnologiya nümayiş etdirən funksiyanı yerinə yetirir.

“Marker” hazırda yalnız konsepsiyanın inkişaf mərhələsindən keçən ikinci nəsil döyüş robotları və ən qabaqcıl texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə edilən robotlaşdırılmış platformadır.

Təkərli platforma üç günə qədər avtonom işləməyə imkan verən hibrid hərəkət sistemi ilə təchiz edilib. O, insan köməyi olmadan bir neçə kilometr məsafəni qət edə bilir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Marker  


Bizi "telegram"da izləyin