Aİ Fransanın sədrliyi dönəmində müdafiə üçün əsas təlimatları hazırlayır

2022/01/BZB2X-1642143973.jpg
Oxunub: 488     11:30     15 Yanvar 2022    
Fransa və Avropa İttifaqının (Aİ) müdafiə rəsmiləri blokun əsas hərbi strategiyasını və kosmik sənədlərini hazırlamaq barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, müdafiə nazirləri bu həftə Fransanın qərbində yerləşən Brestdə bir araya gələrək “Strateji Kompas” adlı sənədi hazırlamaq üçün görüşüblər.

Paris növbəti altı ay ərzində Aİ Şurasına rəhbərlik edir.

Görüşdə müzakirələr kosmik sahə və Ukrayna da daxil olmaqla İttifaqın yüksək səviyyəli təhlükəsizlik prioritetləri ətrafında olub.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasətinin rəhbəri Josep Borrell blokun ilk müdafiə sənədi kimi təsvir edilən “Strateji Kompas”ın mart ayında yayımlanacağını bildirib.

Onun 2030-cu ilə qədər Aİ-nin təhlükəsizliyi və müdafiəsi üçün innovasiya sərmayələri, təchizat zənciri, logistika məsələləri, Daimi Strukturlaşdırılmış Əməkdaşlıq (PESCO) və Avropa Müdafiə Fondu (EDF) kimi mexanizmlərin təşviqi ilə bağlı vahid strateji baxışını ortaya qoyması gözlənilir.

Ümid edilir ki, bu sənəd ayrı-ayrı dövlətlərin müdafiə və hərbi investisiyalarının parçalanmasını, səmərəsizliyi və təkrarlanmasını minimuma endirəcək.

Nazir Florens Parli bildirib ki, bu sənədin tamamlanması Fransanın Aİ Şurasına sədrliyi dövründə “bir nömrəli prioritetdir” və Aİ-nin müdafiə və təhlükəsizlik sahəsində “öz taleyinin həll edən” olmasına kömək edəcək.

Borrell isə qeyd edib ki, kosmosun suverenliyi və təhlükəsizliyi Aİ-nin gələcək inkişafı üçün mühüm mövzu olacaq və Fransa bu məqsədə “çox mühüm töhfə” verəcək. Müdafiə rəsmiləri gələn il tamamlanacaq Aİ mərkəzli kosmik strategiyanın hazırlanması ilə bağlı razılığa gəliblər və Brestdə görüş zamanı ilkin müzakirələrə başlayıblar.

Mart ayında Fransa Tuluzada ASTERX adlı yeni kosmik təlimə ikinci dəfə ev sahibliyi edəcək.

“Bu, bizə Avropanın müdafiə kosmos strategiyası haqqında necə düşünməli olduğumuzu düşünmək üçün bir daha görüşmək fürsəti verəcək”, - deyə Parli vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:   Fransa  

Aİ Fransanın sədrliyi dönəmində müdafiə üçün əsas təlimatları hazırlayır

2022/01/BZB2X-1642143973.jpg
Oxunub: 489     11:30     15 Yanvar 2022    

Bizi "telegram"da izləyin