ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60S helikopteri sərt eniş edib

2022/01/e04f1-1642143932.jpg
Oxunub: 485     15:47     14 Yanvar 2022    
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60S “Knighthawk” helikopteri Virciniya sahillərində qəza enişi edib.

Ordu.az xəbər verir ki, bu barədə donanmanın mətbuat katibi məlumat yayıb.

Qəza nəticəsində helikopterin 3 ekipaj üzvü yaralanıb. Qəza ilə bağlı araşdırma aparılır

Virciniya ştatının polisi bildirib ki, helikopter enərkən bir neçə ağaca çırpılıb.

2021-ci ilin sentyabrında Hərbi Dəniz Qüvvələrinin MH-60S helikopterinin qəzaya uğraması nəticəsində beş dənizçi həlak olub.

MH-60S helikopteri adətən dörd nəfərdən ibarət ekipajı daşıyır və döyüş dəstəyi, humanitar fəlakətlərin aradan qaldırılması və axtarış-xilasetmə kimi missiyalarda istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Helikopter  


ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60S helikopteri sərt eniş edib

2022/01/e04f1-1642143932.jpg
Oxunub: 486     15:47     14 Yanvar 2022    
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60S “Knighthawk” helikopteri Virciniya sahillərində qəza enişi edib.

Ordu.az xəbər verir ki, bu barədə donanmanın mətbuat katibi məlumat yayıb.

Qəza nəticəsində helikopterin 3 ekipaj üzvü yaralanıb. Qəza ilə bağlı araşdırma aparılır

Virciniya ştatının polisi bildirib ki, helikopter enərkən bir neçə ağaca çırpılıb.

2021-ci ilin sentyabrında Hərbi Dəniz Qüvvələrinin MH-60S helikopterinin qəzaya uğraması nəticəsində beş dənizçi həlak olub.

MH-60S helikopteri adətən dörd nəfərdən ibarət ekipajı daşıyır və döyüş dəstəyi, humanitar fəlakətlərin aradan qaldırılması və axtarış-xilasetmə kimi missiyalarda istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Helikopter  


Bizi "telegram"da izləyin