Ordu.az xəbər verir ki, bu barədə Pentaqona bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Müqavilənin ümumi dəyəri 223 milyon dollardır. Sazişə F100-PW-229 mühərrikləri üçün müvafiq texniki avadanlıq və dəstək daxildir.
Müqavilə F-16 qırıcılarının F100-PW-229 mühərriklərinə, ehtiyat hissələrinə tələb olunan alət və avadanlıqlara texniki qulluq və texniki xidmət göstərilməsini əhatə edir.
Təsdiqlənmiş satışın Yunanıstanın F-16 “Block 52+” və “Block 52+ Advanced” döyüş təyyarələrində istifadə edilən F100-PW-229 mühərrikləri üçün daha əhatəli baxım qabiliyyəti təmin edəcəyi və döyüş hazırlığı dərəcələrinə töhfə verəcəyi ifadə edilir.
“Pratt & Whitney” şirkətinin F100-PW-229 turbofan mühərriki ABŞ və digər istifadəçi ölkələrin F-16 və F-15 döyüş təyyarələrində istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az