Erməni ictimai xadim: “Azərbaycanlılar ermənilərin döyüş mövqelərinin dəhşətli vəziyyətini çəkib göstəriblər”

2022/01/ghgh-1642143515.jpg
Oxunub: 1598     16:12     14 Yanvar 2022    
“Azərbaycan tərəfinin hazırladığı bu videonu dekabrda görmüşəm”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni ictimai xadim, Ermənistanın “Yerevan.Today” nəşrinin baş redaktoru Sevak Hakobyan yazıb.

Hakobyan davam edərək qeyd edib: “Ağrı yaşayırdım, utanırdım, öz dövlətimdə özümü alçaldılmış hiss edirdim. Amma bu haqda danışmaq istəməzdim. Amma bu da mümkün deyil. Azərbaycanlılar Laçına gediblər, erməni döyüş mövqelərinə yaxınlaşıblar və əsgərlərimizin hansı şəraitdə mövqe tutduğunu göstəriblər. Mövqelər hansısa təbəqələrlə örtülüb, bunların ümumiyyətlə heç nədən qorumadığı aydındır. Erməni əsgər bu şəraitdə dövləti müdafiə edir”.

O bildirib ki, azərbaycanlılar ermənilərin döyüş mövqelərinin dəhşətli vəziyyətini çəkib göstəriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin