Keçmiş erməni əsir həbsdə qalmağa davam edəcək

2019/07/23599-1562841625.jpg
Oxunub: 748     14:55     14 Yanvar 2022    
Yanvarın 13-də Ermənistan Apellyasiya Cinayət Məhkəməsində hakim Lusine Hovhannisyanın sədrliyi ilə keçmiş erməni əsir Serjik Əmirxanyanın həbs edilməsinə qarşı verilən apellyasiya şikayəti təmin edilməyib.

Ordu.az xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Ruben Melikyan bildirib.

Onun sözlərinə görə, hakim özü qəbul etdiyi qərarla razı deyildi.

“Onlara qarşı bənzər münasibət göstərmək hər hansı bir dəyər sistemi ilə əsaslandırmaya malik deyil. Hazırda bizim prioritetimiz həbsdə saxlanılan insanların azadlığını bərpa etməkdir”, - deyə Melikyan qeyd edib.

Erməni hüquq müdafiəçisi deyib ki, iş üzrə ibtidai istintaqın başa çatması elan olunub, prosesi aparan orqan işi məhkəməyə göndərmək niyyətindədir.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsir  


Bizi "telegram"da izləyin