Erməni rəsmi: “Gorus-Qafan yolunda gömrük rüsumu astronomik həddə çata bilər”

2022/01/timth-1642143270.jpg
Oxunub: 1062     12:30     15 Yanvar 2022    
“Erməni iş adamlarının azərbaycanlılar tərəfindən vergiyə cəlb edilməsi erməni iş adamları üçün biznesin inkişafı baxımından əlavə maneədir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Auditorlar Palatasının sədri Nairi Sarkisyan deyib.

Onun sözlərinə görə, risklər təkcə azərbaycanlıların gömrük rüsumları yığması ilə deyil, həm də sonradan malların qiymətinin artması ilə bağlıdır ki, bu da inflyasiyaya gətirib çıxaracaq.

Sarkisyan bildirib ki, daha ciddi problemlər var, siyasi və ya hər hansı digər münaqişə zamanı Azərbaycan yük daşıyanlara qarşı istənilən metodan istifadə edə bilər.

O qeyd edib ki, Gorus-Qafan yolunda gömrük rüsumu astronomik həddə çata bilər.

“Azərbaycan Ermənistana ziyan vurmaq niyyətində olanda Gorus-Qafan yolunda gömrük rüsumu astronomik həddə çata bilər”, - deyə Ermənistan Auditorlar Palatasının sədri vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gorus-Qafan  


Bizi "telegram"da izləyin