Erməni hərbi ekspert: “Hakimiyyət nə dünya, nə də region reallıqlarına adekvat deyil”

2022/01/61d83-1641560410.jpg
Oxunub: 522     15:36     14 Yanvar 2022    
“44 günlük müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin bütün Ermənistan-Azərbaycan sərhədi boyunca, əsasən Zəngəzur, Göyçə və Ağrı bölgələrində irəliləməsi və mövqelərinin yaxşılaşdırılması gündəmə çevrilmişdi”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan bildirib.

Onun sözlərinə görə, indi Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin yaxşılaşdırılmasına, irəliləməsinə, mühəndis işlərinin görülməsinə sadəcə olaraq mane olur, əngəl törədir və uğursuzluqla üzləşir.

Nahapetyan qeyd edib ki, dekabrın 15-də Rusiyanın ABŞ-a verdiyi təhlükəsizlik zəmanəti ilə bağlı ultimatum məzmunlu iki sənədlə vəziyyət dəyişib, lakin Azərbaycanın bir nömrəli hərbi müttəfiqi NATO üzvü, prinsipcə ABŞ-ın müttəfiqi olan Türkiyədir.

“Ermənistan hakimiyyəti nə dünya, nə də region reallıqlarına adekvat deyil”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Türkiyə  


Erməni hərbi ekspert: “Hakimiyyət nə dünya, nə də region reallıqlarına adekvat deyil”

2022/01/61d83-1641560410.jpg
Oxunub: 523     15:36     14 Yanvar 2022    
“44 günlük müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin bütün Ermənistan-Azərbaycan sərhədi boyunca, əsasən Zəngəzur, Göyçə və Ağrı bölgələrində irəliləməsi və mövqelərinin yaxşılaşdırılması gündəmə çevrilmişdi”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan bildirib.

Onun sözlərinə görə, indi Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin yaxşılaşdırılmasına, irəliləməsinə, mühəndis işlərinin görülməsinə sadəcə olaraq mane olur, əngəl törədir və uğursuzluqla üzləşir.

Nahapetyan qeyd edib ki, dekabrın 15-də Rusiyanın ABŞ-a verdiyi təhlükəsizlik zəmanəti ilə bağlı ultimatum məzmunlu iki sənədlə vəziyyət dəyişib, lakin Azərbaycanın bir nömrəli hərbi müttəfiqi NATO üzvü, prinsipcə ABŞ-ın müttəfiqi olan Türkiyədir.

“Ermənistan hakimiyyəti nə dünya, nə də region reallıqlarına adekvat deyil”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Türkiyə  


Bizi "telegram"da izləyin