“Hraparak”: Ölü, yaralı və əsirlərlə sülh olmur

2021/12/timth-1639392649.jpg
Oxunub: 702     11:09     14 Yanvar 2022    
2020-ci ilin payız müharibəsinin biabırçı məğlubiyyətindən sonra Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan tərəfindən “dinc dövr”ün başlanğıcı qoyulub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, ötən il, kapitulyasiya “sülh dövrü” kapitulyasiya atəşkəsində olduğu kimi, ərazi itkiləri ilə davam edib.

“Bununla yanaşı “sülh dövrü”nün ölü, yaralı və əsirləri müharibə itkilərini zaman-zaman artırır. İlham Əliyev isə məhz Nikolun sülh qurmaq istədiyi şəxsdir. Belə çıxır ki, Nikol ölü, yaralı və əsirlərlə sülh prosesinin ola biləcəyini təsəvvür etmirdi”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, ölü, yaralı və əsirlərlə “sülh dövrü”nün başlanğıcı olmur, ölü və əsirlər müharibə vəziyyətinin təzahürünün nəticəsidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Sülh  


Bizi "telegram"da izləyin