Türkiyənin ilk mini-peyki orbitə buraxılıb

2022/01/falco-1642137851.jpg
Oxunub: 798     09:51     14 Yanvar 2022    
Türkiyənin ilk Grizu-263A mini peyki yanvarın 13-də Falcon 9 daşıyıcısı ilə Yer orbitinə buraxılıb.

Ordu.az xəbər verir ki, mini peyk Kanaveral burnunda yerləşən kosmodromdan orbitə buraxılıb.

Peyk "Türkiyənin ilk" cib "peyki" layihəsi çərçivəsində Grizu-263 qrupunun mütəxəssisləri tərəfindən hazırlanıb. Cihaz 1992-ci il martın 3-də Türkiyənin Zonquldakında mədəndə baş vermiş partlayışda həlak olan mədənçilərin xatirəsinə adlandırılıb.

Grizu-263A aşağı yer orbitində (təxminən 525 km yüksəklikdə) fəaliyyət göstərəcək. Onun istismar müddəti 4 il 8 aydır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Orbit  


Bizi "telegram"da izləyin